Mobil versiya
Bəzi əlil abituriyentlər üçün qəbul imtahanının müddəti artırılır
Tarix: 13-02-2017 | Saat: 09:16
Bölmə:Təhsil / Karusel | çapa göndər

Bəzi əlil abituriyentlər üçün qəbul imtahanının müddəti artırılır




Azərbaycanda görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlər üçün qəbul imtahanı müddətinin artırılması məsələsi qəbul qaydalarına daxil edilib.

AIA.Az bildirir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, indiyədək bu məsələ qaydalara daxil edilməmişdi. Lakin buna baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmək istəyən görmə qabiliyyəti olmayan abituriyentlər üçün ayrıca otaq ayrılırdı və onların imtahan müddəti artırılırdı:

"Nazirlər Kabinetinin yeni təsdiqədiyi qəbul qaydalarında isə bu məsələlər rəsmiləşdirilib. Görmə qabiliyyəti olmayan abituriyentlər üçün imtahan müddətinin artırılması məsələsinin qəbul qaydalarına daxil edilməsi ali təhsil almaq istəyən belə abituriyentlərin sayının artmasına təsir göstərəcək".

DİM-dən bildirilib ki, "Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul qaydaları"na görə, görmə qabiliyyəti olmayan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

Orta ixtisas təhsili müəssisələrinə, rezidenturaya və magistraturaya qəbul imtahanının davametmə müddəti 30 dəqiqə artırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024