Mobil versiya
Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir
Tarix: 19-09-2015 | Saat: 22:13
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər

Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir
Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

Tədbirdən öncə tələbə adı qazanmış gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq ehtiramlarını bildirmişlər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak etmişlər.

Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya açaraq tələbə gəncləri təbrik etmiş, bildirmişdir ki, təhsil bütün uğurların, müvəffəqiyyətlərin açarıdır, millətin tərəqqisinin əsasıdır.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbirdə çıxış etmiş, bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə çox böyük önəm vermişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün uğurla davam etdirilir. Daha sonra Bərdə rayonunda bu il attestat alan məzunların sayı 1456 nəfər olmuşdur. Onlardan 2 nəfəri xüsusi nümunəvi attestatla, qızıl medalla bitirmişdir. Ali məktəbə sənəd verən məzunların sayı 663 nəfər olmuşdur. Onlardan 383 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Bu sənəd verənlərin 58 faizi deməkdir. Ali məktəbə qəbul olunanlardan 700 bal toplayan 1 nəfər, 500-dən yuxarı bal toplayan 80 nəfər, o cümlədən 600-dən yuxarı bal toplayan 30 nəfər olmuşdur. Ali məktəbə qəbul imtahanlarında iştirak edənlərdən 132 nəfər keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunmuşlar. “Qızıl medalçı”lar Xanqaraqoyunlu kənd tam orta məktəbin məzunu İsmayılova Nərmin Sənan qızı Bakı Dövlət Universitetinin tarix fakültəsinə, Gərənə kənd tam orta məktəbin məzunu Hüseynli Nərgiz Mövsüm qızı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşlar. Akademik Z.Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb- lisey bu il də ən yüksk nəticə əldə etmişdir. Buranın bu ilki 98 nəfər məzunundan 83 nəfər ali məktəbə sənəd vermiş, onlardan 74 nəfər ali məktəbə qəbul olunmuşdur. Məktəbin məzunu Həsənli Arzu Ədalət qızı ən yüksə k bal - 700 bal toplamışdır.

Tədbirdə çıxış edən rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin məzunu, 700 balla Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə qəbul olunmuş tələbə Həsənli Arzu Ədalət qızı, inkluziv komponentli günüuzadilmiş tam orta məktəbin məzunu, 636 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş tələbə Sabirli Yavuz Fuad oğlu, şəhər 3 saylı tam orta məktəbin məzunu, 595 balla Azərbaycan İqtisad Universitetinin Biznesin idarəedilməsi fakültəsinə qəbul olunmuş Əliyev Emin Natiq oğlunun valideyni Əliyeva Rəsmiyyə Nadir qızı, Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin direktoru Vidadi Süleymanov bütün bu uğurları qazanmaqda öıkə Prezidenti, təhsilin ən böyük qayğıkeşi cənab İlham Əlievə minnətdar olduqlarını bildirdilər.

Sonda tələbə gənclərə rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev 500-dən yuxarı bal toplamış qiymətli hədiyyələr təqdim etdi.

Tədbir konsert proqramı ilə yekunlaşdı.










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024