Mobil versiya
Usubov Orxan Mansurzadə haqda əmr imzaladı
Tarix: 13-02-2017 | Saat: 12:25
Bölmə:Seçilənlər-6 | çapa göndər

Usubov Orxan Mansurzadə haqda əmr imzaladı





Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

“AİA.AZ” In APA-ya istinadən məlumatına görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024