Mobil versiya
Bu avtobuslar kart sisteminə keçir - VİDEO
Tarix: 15-08-2016 | Saat: 12:30
Bölmə:Şou-biznes | çapa göndər




"Baku Bus"avtobuslarının ardından Bakıda fəaliyyət göstərən daha altı maşurut xəttində kart sisteminin tətbiqinə başlanılacaq. Paytaxt daxili hərəkət edən bəzi maşurut avtobuslarında isə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kameralar quraşdırılıb.

Növbəti ayın 1 dən etibarən Bakıda bir sıra maşurut avtobuslarında kart sistemi tətbiq ediləcək. Yəni sərnişinlər Baku Bus avtobuslarında oldququ kimi yalnız Bakı kart vasitəsi ilə ödəniş etməklə avtobuslara minə biləcəklər. Bunun üçün artıq 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrut xətlərinindəki avtobuslara yeni cihazlarda quraşdırılıb.

Avtobusların içində vurulan elanlar vasitəsi ilə isə Sentyabrın 1 dən etiabrən nağd ödənişin qəbul edilməyəcəyi barədədə sərnişinlərə məlumat verilib.

Paytxadakı bəzi maşurut xəttlərində isə avtobusların içinə kameralar quraşdırılıb ki, bu da sərnişinlər tərəfindən müsbət qarşılanır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə isə Nəqliyyat İnkişaf Konsepsiyasına əsasən ilin sonuna kimi şəhər daxili əksər maşurut avtobuslarında kart sisteminin tətbiqi, kameraların quraşdırılamsı və digər zəruri yeniliklərin edilməsi üçün sahibkarla mütəmadi olaraq iş aparılır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024