Mobil versiya
Yol polisi aşağı sürətlə sürənləri cərimələyəcək - DİQQƏT - VİDEO
Tarix: 15-08-2016 | Saat: 11:37
Bölmə:Şou-biznes | çapa göndər


Sürücü cərimələnə və ona qaydanı pozduğu üçün bal yazıla bilər.


120-lik zolaqda avtomobili yavaş sürənlər cərimə ediləcək. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Bölmə rəisinin sözlərinə görə, əgər yolda 120 km/saat göstərilibsə, həmin zolaqda saatda 80-90 kilometr sürətlə sürmək olmaz. Həmçinin sürəti 80 km/saat göstərilən ərazidə isə 100-120 km/saat sürətlə hərəkət etmək qadağandır. Yolda qeyd edilən sürətdən az hərəkət etmək qəza şəraiti yaradır. Bu da Yol Hərəkəti Haqqında qanununda pozuntudur. Həmin pozuntuya əsasən, sürücü cərimələnə və ona qaydanı pozduğu üçün bal yazıla bilər.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin VI fəslin 2-ci bəndində nəzərdə tutulur ki, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaqla qəza şəraiti yaranır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücüyə sol zolaqda aşağı sürətlə hərəkət etməsinə görə cərimə yazmaq qanunsuzdur.

Sözügedən məsələdə başqa bir məqam isə həmin zolaqlarda ''4.7'', yəni minumum sürəti göstərən nişanın olmamasıdır. Ekspert Ərşad Hüseynovun sözlərinə görə, əslində bu nişan yalnız yaşayış yerlərindən kənardakı ayrıca sürət zolağı olan yollarda olmalıdır. Əgər şəhərdaxili yollarda bu nişan yoxdursa, bu, qanun pozuntusu demək deyil.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024