Mobil versiya
ABŞ rabağda bu variantı dəstəkləyir
Tarix: 14-07-2015 | Saat: 20:26
Bölmə:Şou-biznes / Aia TV | çapa göndər

ABŞ rabağda bu variantı dəstəkləyir


Ceyms Uorlik: "İşğal edilmiş torpaqlar Azərbaycanın nəzarəti altına qaytarılmalıdır"
İşğal edilmiş torpaqlar kompleks nizamlanma çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

ANS PRESS-in məlumatına görə. bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın `Vedemosti` qəzetinə müsahibəsində deyib.

Sülh razılaşmasının tam şəkildə nəzərdən keçirməyin vacibliyini vurğulayan Uorlik bildirib ki, nizamlanmanın bir elementi və ya prinsipi üzərində dayanmaq lazım deyil: "Ərazilər geri qaytarılmalıdır, ancaq digər faktorlar da var. Ona görə də biz həmişə kompleks nizamlanmadan danışırıq – Siz bir aspekti götürüb, onun nizamlanmanın əsası olduğunu iddia edə bilməzsiniz".

Atəşkəs rejiminə tam şəkildə əməl olunmadığını deyən diplomat bunun narahatlıq doğurduğunu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin mümkünlüyünü duiqqətə çatdırıb.

Uorlik Azərbaycanın çox sayda silah-sursat almasına da münasibət bildirib. Ermənistan və Azərbaycan öz təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu deyən diplomat bu səbəbdən hər iki tərəfin bu yöndə cəhdlərini başa düşdüklərini deyib:

"Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, xüsusən də Dağlıq Qarabağda tərəflərin hərbi cəhətdən güclənməsi bizi narahat edir. İki ölkə arasında təmas xəttində toqquşmalar baş verir. Bu səbəbdən biz hərbi güc nisbətinin bu və ya digər tərəfi bəzi üstünlüklərdən istifadə etməyə stimullaşdırmasını istəmirik`.

Diplomat onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma elementləri təhlükəsizliyə zəmanət veməlidir. Ona görə də beynəlxalq sülhməramlı qoşunların Dağlıq Qarabağa yerləşdirilməsi qüvvədə olmalıdır: "İşğal edilmiş ərazilər geri qaytarıldıqdan sonra Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək məqsədilə burada beynəlxalq sülhməramlı qoşunların yerləşdirilməsi qaçılmazdır. Əgər tərəflər sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı razılığa gələ bilsələr Vaşinqton bu variantı dəstəkləyəcək".


Beynəlxalq Sülhməramlı qoşunlar



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə