Mobil versiya
Püskürən vulkan insanlar üçün təhlükə yaradıb (VİDEO)
Tarix: 13-07-2015 | Saat: 14:00
Bölmə:Şou-biznes / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər

Püskürən vulkan insanlar üçün təhlükə yaradıb (VİDEO)
Meksikanın ən aktiv vulkanlarından biri olan Kolimanı ətrafında yaşayan minə yaxın adam təxliyə edilib.
Meksikada Kolima vulkanı püskürüb. ANS PRESS-in məlumatına görə, ölkənin Kolima və Xalisko ştatlarının ərazisində yerləşən vulkanın püskürmə zamanı kül və qızmar lava parçaları ətrafa yayılıb. Bir neçə rayonda ətrafa yayılan külün hündürlüyü 5 santimetrə çatıb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar ölkədə vulkana yaxın yerləşən ərazidən 800-dən çox insan təxliyə edilib. Havada vulkan külü və tüstünün çox olduğuna görə yaxınlıqdakı aeroport bağlanıb, bütün kommersiya və şəxsi reyslər təxirə salınıb. Təhlükəsizlik məqsədilə sakinlərə kraterə 12 kilometrdən çox yaxınlaşmamaq haqqında xəbərdarlıq edilib.


Kolima vulkanı

Kolima vulkanını "alovlu vulkan" adlandırırlar. O, Meksikanın ən aktiv vulkanlarındandır. Vulkan 1576-cı ildən etibarən 40 dəfədən çox püskürüb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə