Mobil versiya
Rusiyada təyyarə qəzası: Ölənlər var - FOTO
Tarix: 06-02-2016 | Saat: 17:59
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər


Qəzaya hava şəraitinin dumanlı olması səbəb olub.

Rusiyanın Orenburq vilayətində Sterlitamak şəhərindən Orska uçan yüngül motorlu An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Aia.az Lifenews-a istinadən xəbər verir ki, təyyarənin qalıqları Orskdan bir az aralı Severovka rayonunda tapılıb.

İlkin məlumata görə, qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Əlverişsiz hava şəraiti axtarışları da çətinləşdirib.

Təyyarə “Layteyr” QSC-yə məxsusdur. Uçuşun məqsədi Orsk ətrafında neft kəmərinə baxış keçirmək idi.

Təyyarənin göyərtəsində olan iki ekipaj üzvü və bir “Transneft” şirkətinin nümayəndəsi hadisə yerindəcə ölüblər.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024