Mobil versiya
Litva da Ukrayna-Çin dəmir yolu marşrutuna qoşulur
Tarix: 02-02-2016 | Saat: 16:01
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Litva da Ukrayna-Çin dəmir yolu marşrutuna qoşulur
Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edən konteyner qatarının Çinə çatması onu sübut edir ki, Rusiya Ukraynanı iqtisadi və tranzit baxımından blokadaya sala bilməyəcək

APA xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib.

Baş nazir onu da bildirib ki, Litva da dəmir yolu marşrutuna qoşula bilər: "Bu sahədə avropalı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirməliyik. Artıq Litva tərəfi ilə bununla bağlı razılıq əldə olunub. Beləliklə, "İpək yolu"na yalnız Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çin deyil, eyni zamanda Avropa İttifaqı ölkələri də birləşəcək. Bunun nəticəsində qatar Klaypedadan (Litva - red.) Çinədək hərəkət edəcək".

Ukrayna hökumətinin rəhbəri dəmiryolçulara hərəkət vaxtını 15 sutkadan 10 sutkayadək azaltmağı da tapşırıb.

Qeyd edək ki, sınaq xarakterli reys Ukraynanın İliçevsk vilayətindən yola düşməklə Qara və Xəzər dənizindən keçir. Qatar 20 vaqondan ibarətdir.

Yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024