Mobil versiya
Bakıda qanunsuz parkinq - Böyük təhlükə mənbəyi - FOTO
Tarix: 11-01-2018 | Saat: 17:41
Bölmə:Şou-biznes | çapa göndər

Bakıda qanunsuz parkinq - Böyük təhlükə mənbəyi - FOTO


Keçən il Bakının Füzuli küçəsində şəhərdə ilk avtobus zolağı salınmışdı.

Milli.Az xəbər verir ki, sakinlərin iddialarına görə, bu küçədə olan kommersiya obyektləri özləri üçün parkinq təşkil ediblər. Bu parkinq yerləri səkinin daralması hesabına təşkil edilıb.

Eyni zamanda bu parkinq avtobus zolağının üzərində qurulub və qanunsuzdur.

Hazırda həmin ərazidə bir-birinə zidd olan iki yol-hərəkət nişanı var. Avtobuslar üçün nəzərdə tutulmuş zolaqdakı "Bus" və həmin zolağın üzərində "parkinq" nişanı ciddi qəza şəraiti yaradır.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilmişdi. İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli ("Qış parkı" boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqları təşkil edilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024