Mobil versiya
WhatsApp-da daha bir yenilik
Tarix: 07-09-2017 | Saat: 20:23
Bölmə:Şou-biznes / Karusel | çapa göndər

WhatsApp-da daha bir yenilik







"WhatsApp" şirkət nümayəndələrinin messencerlə işini sadələşdirəcək biznes proqramı təqdim etməyi planlaşdırır.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni əlavəni kiçik və orta biznes üçün pulsuz təqdim edəcək "WhatsApp" iri şirkətlər üçün gəlir mənbəyi rolunu oynayacaq korporativ həll yaradacaq.

"Bizim yanaşma sadədir: biz biliklərimizi insanlara bir-biri, iri və kiçik şirkətlərlə əlaqə qurmağa kömək etməklə tətbiq etmək istəyirik", - messencer nümayəndələri bildirib.

"WhatsApp" nümayəndələri qeyd edib ki, mütəxəssislər yeni əlavənin daim təkmilləşdirilməsi və proqram alətlərinin sadələşdirilməsi üçün onunla bağlı yazılan şərhləri diqqətlə izləyəcəklər.


Bir müddət əvvəl "WhatsApp" nümayəndələri tezliklə şirkət hesablarının yoxlamadan keçərək akkauntun həqiqiliyini təsdiq edən xüsusi nişan alacaqlarını bəyan ediblər. Təsdiqdən keçən şirkətlər kontakt adının yanında yaşıl nişan əldə edəcəklər. Bu isə "WhatsApp" inzibatçılarının şirkətin telefon nömrəsinin və biznes hesabının uyğunluğunu təsdiq etməsi demək olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024