Mobil versiya
“Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı
Tarix: 19-08-2017 | Saat: 19:34
Bölmə:Dünya | çapa göndər

“Faytonçu” Nazimin ölüm xəbəri yalan çıxdı









“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyarının ölüm xəbəri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin həmkarı Vüqar Muradov sosial şəbəkədə paylaşım edib.

O, sənətçinin bir neçə saat əvvəl dünyasını dəyişdiyini qeyd edib. Muradov daha sonra paylaşılan həmin postu instaqram səhifəsindən silib.

Aia.az mövzu ilə bağlı V. Muradovla əlaqə saxlayıb. İfaçının köməkçisi qeyd edib ki, Vüqar Nazimin ölüm xəbərini onun dostu, dağıstanlı ifaçı Əli Əkbər Şahmuradovun səhifəsində görüb.

“Faytonçu” isə əlaqə saxlamaq mümkün olmayıb. Onun keçmiş prodüseri isə müğənni ilə gecə zəngləşdiyini, toy barədə danışıqlar apardığını söyləyib.

O bildirir ki, Nazimin xanımıyla əlaqə saxlayıb və hər şeyin qaydasında olduğunu söyləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə