Mobil versiya
"O videonu azərbaycanlılara görə sildim" - Özcan Dəniz
Tarix: 17-05-2017 | Saat: 17:51
Bölmə:Dünya / Karusel | çapa göndər

"O videonu azərbaycanlılara görə sildim" - Özcan Dəniz



"Heç bir millətin mahnısına düşmən ola bilmərəm. Təsadüfən radioda eşitdiyimiz mahnının sədası altında dilə fikir vermədən bütün komandamız əyləndi. Və həmin anımızı sizinlə paylaşdıq" AzVision.az xəbər verir ki, bunu türkiyəli müğənni Özcan Dəniz erməni mahnısı oxuduğuna görə haqqında səslənərən iradlara münasibət bildirərkən deyib.

“Sonradan yazılan mesajlar əsasında bildim ki, erməni mahnısıdır. Azərbaycanlıların məsələyə həssas yanaşdıqlarını anladığım üçün videonu sildim. Biz yunanlar da daxil olmaqla başqa millətlərin də mahnılarını paylaşırıq. Mənim ölkəmdə çoxlu erməni var. Ona görə də sizin kimi düşünə bilmərəm. Bizim hamımız türk vətəndaşı olaraq yaşayırıq. Mədəniyyətə, musiqiyə mahnıya düşmən münasibəti göstərmək olmaz. Düşmənçilik siyasətdə olur. Mən siyasətçi və ya siyasətlə məşğul olan sənətçi deyiləm.

Sadəcə olaraq azərbaycanlı qardaşlarımızın bu haqlı qəzəblərini anlayıram və həssaslıqla yanaşıram.

Azərbaycanda verdiyim konsertlər və ya çəkildiyim filmlərin orada göstərilməsi pul qazanmaq məqsədi güdmür. Oradakı qardaşlarımızı türk kinosu ilə yaxınlaşdırmağa, sosial həyatınızı canlandırmağa çalışıram. Mən dünyaya kürt, türk, laz, erməni, azərbaycanlı deyə baxmıram. Baxsam, sənətçi ola bilmərəm. İnsan deyə baxıram, insanları ayıran siyasətləri də sevmirəm. Azərbaycanlıları sevirəm. Mənim can qardaşımsınız. Eyni millətin, torpağın övladlarıyıq”-deyə Ö.Dəniz vurğulayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024