Mobil versiya
“Maşınımın içi təyyarəyə bənzəyir, qiyməti isə…” - Rəşad İlyasov
Tarix: 23-04-2017 | Saat: 20:31
Bölmə:Dünya | çapa göndər

“Maşınımın içi təyyarəyə bənzəyir, qiyməti isə…” - Rəşad İlyasov






"Toyların sayının azalması bütün sənətçilər kimi mənə də təsir edib. Ona görə də ayağımı yorğanıma görə uzadıram".

Aia.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri müğənni Rəşad İlyasov deyib. O toy biznesinin çökməsindən danışıb: "Toyların olmaması böyük bir sektora təsir edir. Toy olmayanda həyat dayanır, ailələr qurulmur. Çünki ailə quran xanıma cehiz lazımdır, oğlan ev hazırlamalıdır. Bu işlər bir-biri ilə zəncirvari bağlıdır. Etiraf edim ki, digər sənətçilər kimi mənim də toylarım azalıb. Az olanda az, çox olanda çox yeyirik".

- Toyların olmamasından gileyləndiniz. Dolanışığınızı nə ilə təmin edirsiniz?

- Dövlət Televiziyasında çalışıram, maaşa baxıram.

- Məşhurlar tez-tez evləri, avtomobilləri ilə gündəmə gəlir. Ötən gün Cabbar Musayev böhrana görə avtomobilini satdığını dedi.

- Böhran mənə çox təsir etməyib. Hələ ki, heç nəyimi satmamışam. "Range Rover" markalı avtomobilim var. Çox sevdiyim maşındır, içərisi təyyarəyə bənzəyir. Allah olmayanlara qismət etsin, öz halal pulumla almışam. Yenisi 120 min dollardır. Məndə əvvəlki buraxılışdır, 60 min dollardır. Mənə uyğun maşındır, sürəti məni qane edir, rəngi də gözəldir. Ona görə dəyişməyi düşünmürəm. Sənətimlə bağlı planlarım var, bunun üçün pul lazımdır. Maşın almaqdansa, sənətimə yatırım edəcəyəm.

- Yaradıcılıq planlarınız nələrdən ibarətdir?

- Duetlər var, hazır olmayanların kiminlə olduğunu deməyəcəyəm. Lalə Məmmədova ilə oxuduğumuz duet hazırdır. Mənim duet ortaqlarım fəxri adları olanlardır. İlhamə Quliyeva ilə "Yaşın nə fərqi var" mahnısını oxumuşduq. Bir az yaşlanandan sonra sözügedən bəstəni gənc xanım müğənni ilə oxumağı planlayıram. Klipdə gənc birinə aşıq olan kişini canlandırmaq istəyirəm. İstəyirəm böyük sevgini ks etdirək.

- Bu arzunuz xanımınızda qısqanclıq yaratmaz?

- Mənim xanımım əvvəldən bilirdi ki, kiminlə evlənir. Ikimiz də qısqanc deyilik. Xanımım həkimdir. Bəzən xəstəsi olan uşaqların valideynləri ilə danışır. Onlar arasında bəylər də olur, qısqanmıram. Mən də hər hansı xanım sənət dostumla qol-qola şəkil çəkdirirəm. Xanımım normal qarşılayır.Təki ailə arasında sivil münasibət olsun. Indiyə kimi ailə həyatımız yolunda gedib, bundan sonra da korlanacağını düşünmürəm.

- Günü-gündən səs yarışmalarının sayı artır. Bir vaxtlar siz də belə yarışmalar təqdim edirdiniz. Hazırkı müsabiqələr haqda nə düşünürsünüz?

- Səs yarışmaları çoxdur. Biz ANS-də "Bizimkilər" və "Kamerton" yarışması etmişdik, çox bəyənilmişdi. Mən də razı qalmışdım. İctimai Televiziyada uşaqların yarışması vardı, ondan da razı qalmışdım. Çox istedadlı uşaqlar

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024