Mobil versiya
"Ərim istəsə, müğənniliyi atacam"
Tarix: 20-02-2017 | Saat: 13:03
Bölmə:Dünya | çapa göndər

"Ərim istəsə, müğənniliyi atacam"

Şou-biznesimiz çox geridədir. Demirəm mən hər kəsdən üstünəm. İstəyərdim ki, şou-biznesə yeni stil gətirək. Mən artıq bu aləmdə öz yerimi tutmuşam. Tarixə öz adımı yazdırmışam.

AİA.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri "Eurovision 2011" qalibi Nigar Camal "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

Müğənni həmkarı Aysel Teymurzadə ilə birlikdə çəkdirdiyi fotosundan danışıb. İfaçı həyat yoldaşının Ayselə səhnəyə çıxmaq qadağası qoymasına münasibət bildirib:

"Hava limanında birdən gördüm ki, Murad (Murad Adıgözəlov - red.) və Aysel. Çoxdandır onları görmürdüm. Ərə gedəndə bizim kişilərimiz xanımına oxumağa icazə vermir. Normal haldır, onları başa düşürəm. Əgər mən də çox sevsəm, belə addım ataram. Şəxsi həyat daha önəmlidir. Yoldaşım desə, oxuma, problem olmaz. Əsas odur ki, xoşbəxt olacam. Tənhalıq hərdən yaxşıdır, hərdən də darıxdırıcıdır".


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024