Mobil versiya
Səfir: "Macarıstan və Azərbaycan qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini davam etdirəcək"
Tarix: 10-12-2016 | Saat: 13:46
Bölmə:Siyasət | çapa göndər

Səfir: "Macarıstan və Azərbaycan qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini davam etdirəcək"






"Macarıstan və Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir, iki ölkə lideri arasında qarşılıqlı etibara əsaslanan münasibət var".

Aia.Az xəbər verir ki, bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Diplomatın sözlərinə görə, iki ölkə arasında nazirliklər səviyyəsində möhkəm əlaqələr var. Eləcə də yüksək səviyyədə humanitar əlaqələr mövcuddur.

Səfir bildirib: "Azərbaycanda Budapeştə birbaşa reyslər təşkil edən Macarıstanın "Wizz Air" aviaşirkətinin fəaliyyət göstərməsi müsbət haldır. Bu, bizim ölkə vətəndaşlarına bir-birilərini yaxından tanımağa kömək edir. Macarlar və azərbaycanlılar ruhən yaxındırlar, bizdə böyüklərə hörmət, adət-ənənəmizə sahib çıxma kimi keyfiyyətlər önəmlidir".

Diplomat həmçinin vurğulayıb ki, 2016-cı ilin mart ayı ikitərfli münasibətlərdə önəmli bir ay oldu, belə ki, Macarıstanın baş naziri Viktor Orban Azərbaycana səfər etdi.

Səfir deyib: "İki il qabaq Azərbaycan prezidenti Macarıstana səfər etdi, martda tərəflər razılaşdılar ki, hər il səfərlər olsun".

Qeyd edək ki, gələn ilin yanvar ayından Macarıstanın səfirliyi Bakıda NATO-nun kontakt ofisi funksiyasını həyata keçirməyə başlayacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024