Mobil versiya
İŞİD-çi elemetlərinin Azərbaycanda müxtəlif təxribatları ola bilər
Tarix: 06-09-2015 | Saat: 16:12
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

İŞİD-çi elemetlərinin Azərbaycanda müxtəlif təxribatları ola bilər


İŞİD kimi tanınan terror qruplaşması Orta Asiyada dağıdıcı fəaliyyətinə davam edir

İslam dininin geniş yayıldığı, bu vaxta qədər rəhbərə itaətsizliyin müşahidə olunmadığı Tacikistanda dövlət çevrilişinə cəhdin olması digər ölkələrin də terror təhlükəsindən sığortalanmadığını bir daha sübut etdi.

Hadisələr artıq Rusiya prezidenti Vladimir Putini də narahat etməyə başlayıb. Putin Tacikistanda baş verənlərlə bağlı bu ayın 15-də Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının çağırılacağını və məsələnin müzakirə ediləcəyini qeyd edib.

Eksperlər hesab edirlər ki, İŞİD-in postsovet məkanı üçün də təhlükələr yarada biləcəyi istisna deyil. Putin də məhz bunu düşünürək, qabaqlayıcı tədbirlərə əl atır. İŞİD postsovet məkanına Orta Asiyadan nüfuz edərsə, Azərbaycan da təhlükənin ortasında qala bilər.

Milli Təhlükəsizlik Nazirliyinin bu istiqamətdə apardığı əməliyyatlara baxmayaraq, bu gün də Azərbaycandan Suriyaya gedərək, İŞİD adlı terror qruplaşmasına qoşulanlara rast gəlmək olur.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı musavat.com-a bildirib ki, gerçəkdən də İŞİD təhlükəsindən heç bir dövlət sığortalanmayıb: “Çünki bu terrorçuların sıralarında fərqli millətlərin nümayəndələri var. Onlar da zaman-zaman geri qayıdır, vətəndaşı olduqları ölkədə təxribatlar törədirlər. İŞİD-in Suriya və İraqda vəziyyəti ağırlaşarsa, onlar daha çox pərən-pərən düşəcəklər. Bu zaman İŞİD təhlükəsi ətraf dövlətlər üçün daha da arta bilər”.

Bəs, Azərbaycan dövləti və cəmiyyəti İŞİD təhlükəsindən qorunmaq üçün hansı tədbirləri görməlidir?

Mövsu ilə bağlı musavat.com-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc da öz fikirlərini bildirib. Z.Orucun fikrincə, hazırkı məqamda dövlətimizlə bərabər, cəmiyyətimizin də üzərinə böyük yük düşür: “İlk olaraq onu qeyd edək ki, Tacikistanda baş verən məlum olayların necə yaranması haqqında hazırda çoxları düşünür. Rusiya prezidenti Vladimir Putin, Tacikistan rəhbəri İmaməli Rəhmana telefon açarkən hadisələri Tacikistanda qeyri-sabitlik yaratmaq istəyən qüvvələrin işi kimi xarakterizə etdi. İlk öncə bu məsələni dövlət çevrilişinə cəhd kimi dəyərləndirdilər. İndi isə hadisəni dini dairələrin deyil, daha çox kriminal qruplaşmaların fəaliyyəti kimi xarakterizə edirlər. İŞİD-in Orta Asiyada baş qaldırması faktını qətiyyən inkar etmək olmaz. Çünki qatı dindar, xalis İslam modelinə dayanan cəmiyyətlərdə belə təhlükə hər zaman qalır. Həmin ölkələrdə siyasi hakimiyyət vətəndaşlara geniş imkanlar vermir, bu cəhəddən hadisələrin daha da inkişafı mümkündür. Azərbaycana gələndə isə son günlər Milli Təhlükəsizlik Nazirliyinin İŞİD-lə bağlı növbəti əməliyyatı həyata keçirildi. İŞİD xətti ilə Suriya çöllərində, müxtəlif qruplardakı savaşlarda iştirak edən bir qrup azərbaycanlı həbs edildi. Etiraf etmək lazımdır ki, prosesə sadəcə olaraq hüquq-mühafizə orqanları daxilində nəzarət etmək, kifayət qədər mürəkkəb bir məsələdir. Ölkədə dini işlər üzrə müvafiq komitə ötən dövr ərzində, ölkəboyu genişmiqyaslı fəaliyyət aparmağa başlayıb. Həmçinin cəmiyyətin özündə də bu məsələyə baxış əvvəlki illərlə müqayisədə çox dəyişilib. Hazırda insanlarımız anlayırlar ki, Suriyaya getməklə cənnətə deyil, cəhənnəmə düşə bilərlər. Sosial şəraitini anidən dəyişmək istəyən insanlar da Suriya variantından vaz keçirlər”.

Z.Oruc onu da bildirib ki, əvvəllər İŞİD-in tərkibində olan azərbaycanlılar da hazırda orada olmasalar da, təhlükəlidirlər: “Bizə bəllidir ki, o qruplara düşənlər, heç zaman onlardan asanlıqla ayrıla bilmirlər. Əlaqələr bir şəbəkə halında saxlanılır. Onları ifşa edilmə qorxusu növbəti cinayətlərə sürükləyir. Bu baxımdan dünya və bölgə eksperlərinin İŞİD-in Azərbaycan üçün nə dərəcədə təhlükəli olması ilə bağlı şərhlərini bir kənara qoyub, məsələyə başqa aspektdən yanaşıram. İŞİD-çi elemetlərinin Azərbaycanda müxtəlif təxribatları ola bilər. Təəssüflə qeyd edirəm ki, regionda risk elemetləri kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, silahların mütəşəkkil qaydada bir ərazidən digərinə keçmə ehtimalları hələ də mövcuddur. Belə olan təqdirdə, qeyd etdiyimiz kimi İŞİD ssenarisində yer alan insanların bizdə də təxribatlar törətməsi baş verə bilər. Buna qarşı dövlətimiz ən yüksək səviyyədə mübarizə həyata keçirir. Ancaq burada cəmiyyətdən də bəzi məsələlər çox asılıdır. Qonşu, qohum və digər səbəblərdən göz yumduğumuz təhlükənin özü sonradan ağır terror hadisələri kimi üstümüzə qayıda bilər. Buna görə də mən hesab edirəm ki, ölkədə hər hansı hadisələr fonunda kiçik təhlükə siqnalları ola bilər. Ancaq bunu kütləvi təhlükə kimi gözləmək, cəmiyyəti qorxutmaq çox yanlış olardı”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024