Mobil versiya
Referendumun yekun nəticələri gələn ay elan ediləcək
Tarix: 28-09-2016 | Saat: 13:15
Bölmə:Siyasət | çapa göndər



Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq.

Bu müddət ərzində Mərkəzi Seçki Komissiyası (MSK) referenduma yekun vuracaq və nəticələri rəsmi bildiriş formasında elan edəcək.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu prosedur səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə yekunlaşmalıdır.

Qeyd edək ki, ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktı layihəsi 29 hissədən ibarət olub.

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, referendumda 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri, ümumilikdə 69,7 faizi iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024