Mobil versiya
Türkiyə ilə Ukrayna razılığa gəldi
Tarix: 14-05-2016 | Saat: 13:58
Bölmə:Siyasət | çapa göndər

Türkiyə ilə Ukrayna razılığa gəldi






Ukrayna baş nazirinin müavini Gennadi Zubko Kiyevdə keçirilən 10-cu Türkiyə-Ukrayna hökumətlərarası ticarət və iqtisadi əməkdaşlıq konfransında çıxış edib.

Zubko açıqlamasında Türkiyə və Ukraynanın təyyarə istehsalı ilə məşğul olan "Antonov" şirkətinin zavodlarında birgə sərnişin və yük təyyarəsi istehsal etmək haqda razılığa gəldiyini bildirib.

Baş nazirin müavininin sözlərinə görə An-158 tipli sərnişin təyyarəsinin bazasında Türkiyə üçün TAN-158 tipli sərnişin təyyarəsi, An-178 tipli təyyarənin bazasında isə müvafiq yük təyyarəsinin istehsal olunması nəzərdə tutulur.

Bundan başqa danışıqlar çərçivəsində Ukraynadan gələn mütəxəssislər Türkiyədə qurulacaq nüvə stansiyasının təhlükəsizliyi ilə bağlı məsləhətlər verəcəklər.

Zubko, həmçinin nüvə stansiyası üçün mütəxəssislərin də yetişdiriləcəyini, türk tələbələrin Ukraynada staj keçməsinin də təmin olunacağını söyləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə