Mobil versiya
Parlamentə hücum olundu, deputatlar qaçdılar
Tarix: 30-04-2016 | Saat: 21:24
Bölmə:Siyasət | çapa göndər

Parlamentə hücum olundu, deputatlar qaçdılar







İraqda hökumətin təsdiq etdiyi yeni deputatlara qarşı etiraz edən aktivistlər parlament binasına hücüm edib.

Aia.Az anspress-ə istinadən xəbər verir ki, yüzlərlə etirazçı kordonları yararaq zorla Bağdad parlament binasının "yaşıl zonasına" daxil olublar.

"Partlayış nəticəsində 28 nəfər həlak olub"
Deputatları mühasirəyə alan etirazçılar onları binadan buraxmamağa çalışıblar. Deputatlar etiraz edənlərin təhqiredici qışqırıqları altında ehtiyat çıxışından istifadə edərək qaçmağa məcbur olublar. Parlamentin bəzi deputatları nümayişçilərin hücumu nəticəsində xəsarət alıb.

Binaya daxil olan etirazçılar ətrafda olan stol, stul və mebeli dağıtmağa başlayıb. Parlament qarşısında polisin sayı gücləndirilib.

Daha əvvəl İraqın paytaxtı Bağdad yaxınlığında partlayıcı quraşdırılmış yük maşını partladılıb. Bu partlayışlı hücum nəticəsində 28 nəfər həlak olub, daha 40 nəfər isə yaralanıb. Törədilən partlayışa görə, məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Analoji hadisə sonuncu dəfə martın axırında Bağdadda baş verib. Partlayış nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb. İraqın Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, terrorçu özünü Bağdadın mərkəzində yerləşən Tayran meydanında partladıb.


Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024