Mobil versiya
Zakir Həsənov başsağlığı verdi
Tarix: 13-07-2015 | Saat: 20:43
Bölmə:Siyasət / Karusel | çapa göndər

Zakir Həsənov başsağlığı verdi
"Kazarmanın uçması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar barədə xəbər bizi sarsıtdı".
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya və Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimova Rusiyanın Omsk şəhərindəki hərbi hissədə insan itkisi ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıblar.

Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda bildirilir: “Rusiya Federasiyası Hava Desant Qoşunlarının təlim mərkəzindəki kazarmanın uçması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar barədə xəbər bizi sarsıtdı.

Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımızdan və Silahlı Qüvvələrin şəxsi heyəti adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik”.

Hərbi kazarma uçdu: ölənlərin sayı 23-ə çatdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024