Mobil versiya
XİN başçısı ABŞ-ın Qarabağa maddi yardımı barədə
Tarix: 10-07-2015 | Saat: 18:58
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


“Tamamilə yalandır”.

ABŞ Senatının Təxsisatlar Komitəsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş hər kəsə yardımı nəzərdə tutur.

Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Senatının Təxsisatlar (ayırmalar) Komitəsinin Dağlıq Qarabağa maddi yardım ayrılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

O bildirib ki, bu qərar həm də azərbaycanlılara aiddir:

“Qərar təkcə hazırda Dağlıq Qarabağda yaşayan şəxslərlə əlaqəli deyil. Bu, erməni tərəfinin uydurduğu bir şeydir. Tamamilə yalandır. Dəqiq olaraq belədir ki, Amerika hökuməti Dağlıq Qarabağmünaqişəsinin qurbanlarına yardım edəcək. Bu, əlbəttə ki, azərbaycanlılara da aiddir. Savab işdir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024