Mobil versiya
“Şəhid ailələrinin məsələsini dəfələrlə Milli Məclisdə qaldırmışdıq” - DEPUTAT
Tarix: 28-01-2019 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər

“Şəhid ailələrinin məsələsini dəfələrlə Milli Məclisdə qaldırmışdıq” - DEPUTAT




Bu gün – yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Şəhid ailələri ilə görüş zamanı dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını bildirib.

Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a bildirib ki, Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı imzaladığı yeni fərmanı yüksək qiymətləndirib.

“Mən də ölkə başçısına şəhid ailələri ilə bağlı yeni fərman imzaladığına görə təşəkkür edirəm. Mən və deputat həmkarlarım da Milli Məclisdə dəfələrlə məsələ qaldırmışdıq ki, hərbçi şəhidlərlə yanaşı, polis orqanlarında xidmət keçib və könüllü şəhid olmuş insanların da ailələrinə birdəfələlik müavinət verilsin. Ölkə başçısı isə imzaladığı son fərmanla demək olar ki, bu məsələyə son qoyub. Mən də şəhid dayısı kimi ölkə başçısı minnətdarlıq edirəm”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024