Mobil versiya
Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi
Tarix: 24-01-2019 | Saat: 11:50
Bölmə:Siyasət | çapa göndər

Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi


“Peşə birlikləri haqqında” və “Sosial sifarişlər haqqında” qanun layihələrinin hazırlanması Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına daxil edilib.



Modern.az-ın məlumatına görə, hər iki qanun layihəsinin müəllifi isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdir.



Bundan əlavə, Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri də komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına daxil edilib.



Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentin payız sessiyasının son iclaslarının birində müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" yeni qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif etmişdi.

Milli Məclisin sədri Oqtay Əsədov isə Azay Quliyevin təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq vermişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024