Zakir Həsənov iranlı həmkarına başsağlığı verdi
Tarix: 14-01-2019, 17:46 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Zakir Həsənov iranlı həmkarına başsağlığı verdi


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, başsağlığında deyilir:

“Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus yük təyyarəsinin Kərəc şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin ağrınız bizim də ağrımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

aia.azшаблоны для dle 11.2



522 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

17-01-2019
16-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}