Mobil versiya
Səfir: Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir
Tarix: 05-01-2019 | Saat: 16:47
Bölmə:Siyasət | çapa göndər

Səfir: Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir


Hindistanın neft şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir.

Bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Diplomat xatırladıb ki, Hindistanın iri neft-qaz şirkəti “Oil and Natural Gas Corporation” “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağında 2,31 faiz paya malikdir:

“Hindistanın bu sektorda yaxşı potensialı var. Bizim şirkətlərimiz Azərbaycanın digər neft-qaz layihələrinin inkişafında iştirak etmək niyyətindədir”.

S.Rana qeyd edib ki, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün də böyük potensial mövcuddur.

Səfirin sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlər ildən-ilə möhkəmlənir:

“İkitərəfli ticarət hər il artır. Biz ümid edirik ki, iqtisadi əməkdaşlığımız yaxın illərdə daha da genişlənəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə