Mobil versiya
Azay Quliyev QHT Şurasına ayrılan maliyyənin artırılmasını təklif etdi
Tarix: 13-11-2018 | Saat: 17:19
Bölmə:Siyasət | çapa göndər

Azay Quliyev QHT Şurasına ayrılan maliyyənin artırılmasını təklif etdi


“10 ildir ki, cənab prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarına, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına (QHT) dövlət dəstəyi həyata keçirilir. Hesab edirəm ki, bu çox mühüm məqamdır. Ölkə ictimaiyyəti, xüsusilə ictimai sektor dövlət qayğısını yüksək qiymətləndirir”.



Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.



Deputat bildirib ki, bu gün QHT Şurasının ehtiyaclarının büdcə maraqlarına uyğun şəkildə qarşılamaq baxımından bir sıra çətinliklər var.



“Mən hörmətli maliyyə naziri Samir Şərifovdan xahiş edirəm ki, bu məqama diqqət yetirsin. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait son 3 ildə artmır, əksinə azalır.



Nəzərə alsaq ki, 2015-ci ildə 6,6 milyon manat vəsait ayrılmışdısa, indi bu vəsait 5, 6 milyon manata endirilib. Ölkədə QHT sektorunun fəaliyyət göstərən sayını nəzərə alsaq, bu təxminən 1000-1500-ə qədər gedib çıxan bir rəqəmdir. Biz bu vəsaiti həmin QHT-lər arasında bölsək, çox az vəsait edir.



Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün dövlətin maraqlarını qoruyan QHT-lərin dəstəklənməsinə xüsusi ehtiyac var. Bu gün bir çox sahələrdə QHT-lər yalnız dövlətin verdiyi dəstəyi alır. Onların başqa maliyyə mənbəyi yoxdur.



QHT Şurasının həm ölkə daxilində, həm də ölkə xaricində dövlətimizin maraqlarını müdafiə etməsi baxımından maliyyə dəstəyinə ehtiyac var.



Mən Samir Şərifovdan bir daha xahiş edərdim ki, QHT Şurasına ayrılan vəsaitə də bu baxımdan qiymət verilsin. Hazırki dövlət büdcəsindən əlavə 4,6 milyon manat vəsait Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılsın.



Şuranın ümumi büdcəsinin 10 milyon 200 min manat həcmində müəyyənləşdirilməsi məsələsinə baxılsın. Ümid edirəm ki, hökumətimiz bu məsələyə daha qayğılı yanaşacaq və qaldırılan məsələlərə müəyyən mənada dəstək verəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024