Mobil versiya
Politoloq: “Həmsədrlər ancaq xəbərçilik edirlər”
Tarix: 01-11-2018 | Saat: 15:54
Bölmə:Siyasət | çapa göndər

Politoloq: “Həmsədrlər ancaq xəbərçilik edirlər”



“ATƏT-in Minsk Qrupu həmsədrlərinin son səfəri heç bir əhəmiyyət daşımır. Həmsədrlərin yeni planı yoxdur. Onlar sadəcə dialoqu davam etdirmək üçün bölgə ölkələrinə gəliblər”.

Bu sözləri Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, həmsədrlər səfər üçün yanlış zaman seçiblər.


“Çünki Ermənistanda dekabr ayında parlament seçkiləri keçiriləcək. Parlament seçkilərinə qədər Ermənistanda heç bir siyasətçi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara hazır olmayacaq. Ermənistanın baş naziri Nikol Paşinyan həmsədrlərlə görüşsə də, onlara münaqişənin həlliylə bağlı konkret fikir bildirmədi. Paşinyanın partiyasının parlament seçkilərində qələbə çalacağı ehtimalı böyükdür. O, qələbəni əldə etdikdən sonra yeni hökumət formalaşdıracaq və iqtisadi islahalatlar proqramını açıqlayacaq. Yəni ən azı 3 ay Paşinyan Qarabağ danışıqlarına hazır deyil. Buna baxmayaraq, Nikol Paşinyanın Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə şifahi razılaşması yerinə yetirilir. Cəbhə bölgəsində atəşkəs pozulsa da, əvvəlki illərdə olduğu kimi, intensiv pozuntu deyil. Bu, İlham Əliyevin Paşinyana seçki öncəsi jestidir.


Politoloqun sözlərinə görə, İlham Əliyev Robert Köçəryanın və ya Serj Sərkisyanın Ermənistanda hakimiyyətə qayıdışını istəmir.


“Nikol Paşinyan nisbətən münasib fiqurdur. Ona görə də İlham Əliyev Nikol Paşinyana parlament seçkisini sakit keçirmək üçün şərait yaradır. Ancaq əgər seçkidən sonra Nikol Paşinyan münaqişənin həlliylə bağlı addım atmasa, cəbhə bölgəsindəki vəziyyət yenidən gərginləşəcək.


E.Şahinoğlu deyib ki, Rusiya rəsmiləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Yerevanda verdiyi açıqlamaları tənqid etdilər.


“Rusiyalı rəsmilər Boltonu ona görə tənqid etdilər ki, Vaşinqton Ermənistanı Rusiyadan uzaqlaşdırmaq istəyir. Əslində Rusiya rəsmilərinin açıqlamaları rəsmi Yerevana da xəbərdarlıqdır ki, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşacağını düşünməsin”.


E.Şahinoğlunun sözlərinə görə, ATƏT-in Minsk Qrupu və həmsədrlər 20 ildən çoxdur turistik səfərlərlə məşğuldurlar, polşalı Anjey Kaspşikisə ölkəsinin XİN sisteminə qayıtmır:


“O, ATƏT-in bölgədəki təmsilçisi kimi yaxşı maaş alır, bu illər əzrində əldə etdiyi gəlir hesabına bir neçə villa alıb - bu məlumatı Polşadakı diplomatik mənbələrdən əldə etmişəm. Yəni bizim faciəmiz üzərində varidatını artırır, heç bir iş də görmür, o birilər də elə. Ona görə də danışıqları vasitəçisiz birbaşa qarşı tərəfin təmsilçiləri ilə davam etdirmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq heç olmazsa bilərik ki, bizim dərdimiz üzərində böyük dövlətlər manipulyasiya ilə məşğul deyillər. Danışıqları birbaşa işğalçı ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın. Yoxsa həmsədrlər gedirlər İrəvana, oradan gəlirlər Xankəndiyə və Bakıya, oradan bura, burdan da ora xəbər aparırlar, ortada da heç nə yox”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024