Mobil versiya
“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”
Tarix: 20-10-2018 | Saat: 13:08
Bölmə:Siyasət | çapa göndər

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”


Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verməkdir.



Əsasən emal sənayesinə və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu mühüm layihələrdən biri Türkiyədə inşası başa çatan STAR neft emalı zavodudur.



Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib. O qeyd edib ki, 2011-ci ildə Türkiyədə təməli qoyulan SOCAR-ın STAR neft emalı zavodu dünən işə salındı: " 6.3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25%-ni ödəyəcək. Zavod Türkiyə daxili bazarı üçün dizel, təyyarə yanaçağı, nafta, ksilen və digər məhsullar istehsal edəcək. Zavodun illik istehsal gücü 4.8 milyon ton dizel, 1.6 milyon ton təyyarə yanacağı və 1.6 milyon ton nafta təşkil edir. STAR Türkiyənin illik 28.1 milyon tona çatan neft emalı gücünu 33% artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1.5 milyard dollar qənat etməsinə səbəb olacaq.



Türkiyənin inkişaf etməkdə olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmada artmaqdadır". Onun sözlərinə görə, hazırda Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43%-ni (10.4 milyon ton) ödəyə bilir: " 2017-ci ildə 24.2 milyon ton dizel istehlak edən Türkiyə 7 milyard dollar dəyərində xaricdən dizel yanacağı idxal etmişdir. Yalnız daxili bazara istehsal edən STAR zavodu Türkiyənin neft məhsulları idxalını 36% azaldacaq. STAR neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq STAR neft emalı zavodunu xammalla dayanıqlı təhciz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də istifadə etmək üçün müvafiq razılaşmaları var. Bu razılaşmalar STAR-ın rəqabətqabiliyyətini daha da artıracaq və fəaliyyətini dayanıqlı edəcək.



SOCAR-ın indiyə qədər Türkiyəyə investisiyaları 14.2 milyard dollar təşkil etmişdir. Türkiyədə bütün layihələr başa çatdıqdan sonra SOCARın Türkiyə iqtisadiyyatına investisiyalarının həcmi 19.5 milyard dollara çatacaq. Regional iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da artırmış olur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024