Mobil versiya
"İstismar müddəti bitən AES-lərin istifadəsi dayandırılmalıdır" - Deputat
Tarix: 11-10-2018 | Saat: 13:59
Bölmə:Siyasət | çapa göndər

"İstismar müddəti bitən AES-lərin istifadəsi dayandırılmalıdır" - Deputat


"Biz istismar müddəti bitmiş atom elektrik stansiyalarından istifadəni dayandırmalıyıq, çünki bunlar bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidir".
AzVision.az xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev qurumun payız sessiyasının bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünya iki böyük bomba - Xiroşima və Naqasaki atom bombalarının törətdiyi təxribatı 1945-ci ildə yaşadı: "Minlərlə günahsız insan həyatını itirdi, minlərlə adam isə ağır yaralandı. Birbaşa və ya dolayısı yolla radiasiyaya yoluxan insanların qazandığı xəstəliklər və deformasiyalar qəzadan sonrakı on illərlə davam etdi. Zamanca yeni baş vermiş olan Fukuşima və Çernobl hadisələri bir daha göstərdi ki, bu kimi qəzalar Avropa üçün hansı dərəcədə zərər və fəsadlar törədə bilər".

N.Həmzəyev həmçinin enerjinin də önəmli məsələ olduğunu deyib: "Ona görə də biz daha müasir və inkişaf etmiş texnologiyalı, idarəolunan atom elektrik stansiyası inşa etməliyik. Son illər ərzində dünya ictimaiyyəti digər potensial nüvə təhlükələrini görməzdən gələrək nüvə danışıqlarını yalnızca nəhəng ölkələrlə aparıblar. Balaca ölkələrdəki bu təhlükə bir tək qonşuluqdakı ölkələr üçün deyil, eyni zamanda bütün Avropa ölkələrini də təhlükə qarşısında qoyur. Mən düşünürəm ki, bu kiçik və köhnə tikililər heç də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalıdır. Nəzərə alsaq ki, biz daima inkişafda olan bir dünyada yaşayırıq, bu halda daha təhlükəsiz və müasir stansiyaların inşası başlıca şərtdir. Bu səbəbdən Türkiyənin Akkuyu bölgəsində inşa olunan atom elektrik stansiyasının müasir texnoloji standartlara cavab verməsi nəzərə alınmalıdır. Biz istismar müddəti bitmiş atom elektrik stansiyalarından istifadəni dayandırmalıyıq, çünki onlar bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidirlər".

"Avropanın nüvə təhlükəsizliyindən danışarkən qeyd etməliyik ki, atom elektik stansiyalarının əməliyyatları zamanı təhlükəsizlik qaydalarına əməl etmədən istismar müddəti bitmiş atom elektrik stansiyalarının istifadəsi su hövzələrinin və transregional çayların radioaktiv çirklənməsinə səbəb ola bilər. Bütün bu proseslər ölkələrimiz arasında lazımsız münaqişələrə və anlaşılmazlıqlara səbəb olur, buna görə də nüvə silahına malik və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə məşğul olan istənilən bir ölkə beynəlxalq aləmi təhlükə qarşısında qoyur. Yekun olaraq nüvə təhlükəsizliyi probleminin həlli və Avropanın rifahı üçün konkret addımlar atılmalıdır! Gəlin Avropanı daha demokratik, məhsuldar və təhlükəsiz yaşayış yeri olaraq qoruyub saxlayaq!", - azərbaycanlı deputat vurğulayıb.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024