Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
Tarix: 20-09-2018, 15:39 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır


Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Şurasının 39-cu sessiyasında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, artıq 30 ildir Ermənistandan olan azərbaycanlı qaçqınların və Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin əsas hüquq və azadlıqları pozulub. Bu da BMT sistemi və onun insan hüquqları üzrə mexanizmi üçün ciddi çağırışdır:

"Bununla əlaqədar olaraq, Azərbaycan İnsan Hüquqları Şurasını, həmçinin onun xüsusi mexanizmlərini, insan hüquqları üzrə ali komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinin tələb etdiyi kimi, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına yönəlmiş səmərəli addımlar atmağa çağırır".

X.Xələfov əlavə edib ki, öz növbəsində, Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üzrə işləri davam etdirir:

"Qeyd etmək istərdim ki, ümumilikdə son 25 il ərzində sosial baxımdan belə həssas qrupların sosial müdafiəsinə 8 milyard dollardan çox vəsait ayrılıb. Erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 150 ev, məktəb binaları, bağça, tibb müəssisələri və digər sosial infrastruktur obyektləri tikilərək istismara verilib".

Nazir müavini bildirib ki, Ermənistan BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əhəmiyyət verməməyə davam edir:

“Təəssüf ki, Ermənistanın yeni rəhbərliyinin son açıqlamaları sülh prosesini zərbə altına qoyur və bu açıqlamalar regionu yeni təhdidlərlə üz-üzə qoyaraq Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə yönəlib. Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulması ilə bağlı məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan rəhbərliyini öz sələflərinin səhvlərini təkrarlamamağa və münaqişənin həlli prosesində işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi, suverenliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmətə əsaslanan konstruktiv mövqe tutmağa çağırırıq”.

aia.azшаблоны для dle 11.2



558 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-12-2018
14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}