Mobil versiya
Qənirə Paşayeva Sinop valisi ilə görüşüb
Tarix: 16-12-2015 | Saat: 11:39
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

Qənirə Paşayeva Sinop valisi ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Sinopa səfəri zamanı Sinop valisi Yasemin Özata Çetinkaya ilə görüşüb.
Lent.az-ın məlumatına görə, millət vəkili görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığı, bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib.
Q.Paşayeva vali ilə söhbət zamanı Dağlıq Qarabağ və tarixi həqiqətlərdən də söz açıb: “Mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpağımızda da keçirəcəyik”, – deyə o bildirib.

Görüş zamanı Türkiyə ilə Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi üçün Azərbaycanla Sinop arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğu da dilə gətirilib.

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Sinopun da yer alacağını bildirib.

Sinop valisi Yasemin Özata Çetinkaya da öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib və "Azərbaycanın güclü olması ilə Türkiyə də güclü olub" deyib.

Görüş zamanı Q.Paşayeva Sinopda təhsil alan azərbaycanlı tələbələr barədə valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.
Görüşün sonunda Q. Paşayeva Sinop valisinə özünün müəllifi olduğu “Karabağ hikayeleri” və digər kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024