Mobil versiya
YAP-çı deputat: “Bu gün deyirlər qəza istidən baş verdi, sabah da deyəcəklər soyuqdan oldu...”
Tarix: 05-07-2018 | Saat: 14:29
Bölmə:Siyasət | çapa göndər

YAP-çı deputat: “Bu gün deyirlər qəza istidən baş verdi, sabah da deyəcəklər soyuqdan oldu...”


“Həqiqətən də Mingəçevirdə baş vermiş hadisədə müəyyən çatışmazlıqlar, nöqsanlar olub. Hazırda hadisənin başvermə səbəbləri ölkə başçısının sərəncamı ilə yaradılan Dövlət Komissiyası tərəfindən araşdırılır. Bu hadisəyə görə kimlər nöqsanlara yol veriblərsə, cəzalarını da alacaqlar”.


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Prezident İlham Əliyevin ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə söylədiyi fikirlərə münasibət bildərərkən deyib.


Komitə sədri bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza nəticəsində insanlara çoxlu mənəvi zərər dəyib.

“İnsanlar metroda, liftdə qalıblar. Belə çıxır ki, hadisə baş verəndən sonra xəstəxanalarda alternativ enerji sistemi olmayıb. Biz xaricə enerji ixrac edirik. Amma özümüzdə belə hallar baş verir. Əlbəttə, bu hadisədir, ola bilər. Heç bir ölkə təbii fəlakətdən, qəzadan sığortalanmayıb. Ancaq qəza baş verən zaman alternativ vasitələr qoşulmalıydı. İşığın verilməsində fasilə olmamalıydı. Lakin təəssüflər olsun ki, bizdə belə bir hal yaşandı. Cənab prezident də dərhal hadisəyə reaksiya verdi. Müşavirədə öz tapşırıqlarını verdi və kəskin çıxış etdi”.


Deputat deyib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar ölkədə böyük zavodlara xeyli ziyan dəyib.


“Bütün bunların qarşısını almaq üçün bu sahədə çalışan şəxslərin məsuliyyəti artmalıdıdr. Bilməlidrlər ki, çalışdıqları vəzifədə onlardan məsuliyyətli olmaq tələb edilir. Bir vaxtlar deyirdilər ki, su yoxdursa, həyat da yoxdur. Ancaq bu gün işıq yoxdursa, su da, həyat da yoxdur. Ona görə də bu sahəyə diqqət olmalıdır. Əsaslı surətdə alternativ enerji sistemi olmalıdır. Hesab edirəm ki, tezliklə prezident İlham Əliyevin verdiyi tapşırıqlar həyata keçiriləcək. Beləliklə də bu sahədə nöqsanlara bir daha yol verilməyəcək”.



E.İbrahimov qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə çox doğru buyurdu ki, “bəziləri qəzanın baş vermə səbəbini isti hava ilə bağlayırlar. Ancaq bu, qəzanın səbəbi ola bilməz. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür”:


“Həqiqətən də belədir. Çünki bizdən də isti ölkələr var. Onda Dubayda, ərəb ölkələrində işıq keçməlidir? Bu duğrudan da Mingəçevirdə baş vermiş hadisənin səbəbi deyil. Demək bizim dayanıqlı enerji təsərrüfatımız yoxdu da. Ay istidən oldu, filandan oldu... İstinin bura nə dəxli var? Sabah da qış soyuq keçəndə deyəcəklər ki, soyuqdan oldu? Bunlar inandırıcı fikirlər deyil. Prezident də çox düzgün olaraq bunu bildirdi. Bu adamlar ölkə başçısının iradlarından çox ciddi nəticə çıxarmalıdırlar. Əsas məsələ odur ki, hazırda komissiya hadisə ilə bağlı araşıdrma aparır. Araşdırmadan sonra məlum olacaq ki, bu məsələdə kimin nə dərəcə günahı var. Həmin araşdırmadan sonra da müəyyən tədbirlər həyata keçiriləcək”.


Qeyd edək ki, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Mingəçevir İES-də baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024