ABŞ-dakı diaspor təşkilatlarından Helsinki Komissiyasının açıqlamasına qarşı ETİRAZ
Tarix: 14-05-2018, 17:56 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ-dakı diaspor təşkilatlarından Helsinki Komissiyasının açıqlamasına qarşı ETİRAZ




Ötən həftə ABŞ Helsinki Komissiyasında Azərbaycandakı seçkilər və fundamental azadlıqlarla bağlı növbəti dinləmələrin keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların etirazına səbəb olub.


ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bununla bağlı bəyanatlar, müraciətlər ünvanlayır.

Amerikada yaşayan fəal azərbaycanlılar bu dinləmələri ikili standartların təzahürü, Azərbaycan-ABŞ münasibətlərinə kölgə salmaq cəhdləri kimi qiymətləndirir. Bu dinləmələrdə Azərbaycan əleyhinə çıxış edənlərdən iki-üç nəfəri də azərbaycanlıdır. Lakin bu iki-üç nəfərə heç kim Azərbaycan xalqının və xaricdə yaşayan azərbaycanlıların adından danışmaq hüququ verməyib.

Bu gün həmin qərəzli dinləmələrə etiraz edən azərbaycanlıların etiraz səslərini ucaltmaqda davam edirlər.

Çünki hər bir diaspor təşkilatı öz ətrafında yüzlərlə soydaşımızı birləşdirir. Azərbaycanlıların adından danışmaq haqqı da məhz bu təşkilatlara məxsusdur. ABŞ Dövlət Departamenti, eləcə də ABŞ-ın ölkəmizdəki səfirliyi bu qərəzli dinləmələrin sadə vətəndaşların təəssüfünə səbəb olduğunu, ictimai rəydə ABŞ-ın ədalətsiz və ikil standartlar siyasəti yürüdən dövlət obrazını daha da möhkəmləndirdiyini yəqin ki hiss etməmiş deyil. Onu da hiss etməmiş deyillər ki, ABŞ artıq bir sıra digər ölkələrin timsalında öz etibarlı tərəfdaşlarının itirməkdədir. O, ölkələrdən biri də Azərbaycan ola bilər.


Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə əlaqədar açıqlaması ilə bağlı bəyanat yayıb.

Modern.az-ın məlumatına görə, bəyanat ABŞ Konqresinə göndərilib. Bəyanatda Komsisiyanın Azərbaycanla bağlı açıqlamasının regionda təhlükəsizliyə təhdid yaratdığı qeyd edilib. Bildirilib ki, digər ölkələrlə müqayisədə, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu internet istifadəçisidir və Azərbaycanda internet azaddır.


Bəyanatda o da bildirilib ki, müasir dövrdə regionda çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik ünvanı olan Azərbaycan dövləti öz xalqının iradəsi əsasında müstəqil siyasət yürüdür.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir. Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub. “Belə şəraitdə Azərbaycan Prezidentinə qarşı atılan bu addımlar bizdə dərin təəssüf hissi oyadır”,- deyə bəyanatda bildirilib.


Bəyanatda vurğulanıb ki, Azərbaycan Respublikası və ABŞ arasında ortaq dəyərlər və maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələri mövcuddur.

“ABŞ Prezidenti Donald Trampın İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar ünvanlandığı təbrik məktubu Azərbaycanın ABŞ üçün dəyərli tərəfdaş olduğunun göstəricisidir. Azərbaycanla ABŞ terrorizmə qarşı birgə mübarizə apararaq, qlobal təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlıq edir. Biz Azərbaycanın dövlət başçısı İlham Əliyevi dəstəkləyir, Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətində uğurlar arzulayırıq”, - deyə bəyanatın sonunda qeyd edilib.


ABŞ-dakı “Millennial” Siyasət Mərkəzinin təsisçi üzvü Vüqar Şahbazlı da ABŞ-ın Helsinki Komissiyasına bəyanat ünvanlayıb. Bəyanatda 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, ölkədə həyata keçirilən islahatlar, Azərbaycan- ABŞ arasında tərəfdaşıq əlaqələri haqda məlumat verilib. Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfərlərinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanı regionda böyük iqtisadi potensiala və böyük nüfuza malik ölkə kimi dəyərləndirib. Azərbaycanın Avropanın enerji təchizatındakı rolu, “Cənub Qaz dəhlizi” və digər enerji layihələrindəki rolu yüksək qiymətləndirilib.


“Bildiyimiz kimi, ABŞ-Azərbaycan arasında əməkdaşlıqda terrorizmə qarşı mübarizə xüsusi yer tutur. Əfqanıstan, Kosovo, İraqda sülhyaratma proseslərində iştirak, təhlükəsizliyin təmin olunması istiqamətində terrorizm, ekstremizmə qarşı birgə mübarizənin aparılması ölkələr arasındakı münasibətlərdə xüsusi yer tutur. Gündən-günə inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı dövlətdir. 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisələri zamanı Azərbaycan qeyd-şərtsiz ABŞ-a dəstək verərək, beynəlxalq terrorizmə qarşı mübarizədə köməyini əsirgəməmişdir. ABŞ-Azərbaycan arasındakı münasibətlərdə digər mühüm məqam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, ABŞ münaqişənin həlli prosesinə yaxından cəlb olunub. Azərbaycan xalqı ABŞ-ın münaqişənin həllinə, sayı 1milyonu ötmüş qaçqının öz doğma yerlərinə qayıtmasına dəstək verəcəyinə inanır”,- deyə bəyanatda bildirilib.


Bəyanatda, həmçinin qeyd edilib ki, ABŞ-dakı bəzi qurumlar Azərbaycandakı inkişaf proseslərini görməzlikdən gəlir və müəyyən lobbist qruplar müvafiq hesabatlarla Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir ki, bu da Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanmır.


Bəyanatın sonunda 2018-ci il aprel seçkilərində İlham Əliyevin 86 faiz səsçoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi faktı diqqətə çatdırılıb. Məhz İlham Əliyevin rəhbərliyi altında milli maraqların müdafiəsinə əsaslanan siyasətin həyata keçirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb. “Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət, digərlərinin daxili işlərinə qarışmamaq və s. kimi prinsiplərə əsaslanan siyasət yürüdür. Bu yanaşmanın özü müsbət nəticələrə rəvac verir. Azərbaycanın xarici siyasəti müstəqildir”, - deyə bəyanatın sonunda qeyd edilib.

Anoloji addımı Nyu-Yorkdakı “Azərbaycan Evi”nin rəhbəri Münəvvər Vahabova da atıb. O da ABŞ Konqresinin Helsinki Komissiyasına ünvanladığı bəyanatda Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət yürütdüyünü və atdığı addımların öz milli maraqlarına uyğun olaraq müəyyənləşdirdiyini qeyd edib.
Bununla yanaşı bildirilib ki, Azərbaycan müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, həmçinin milli maraqlarına uyğun balans siyasətinə üstünlük verməkdə maraqlıdır.


Azərbaycanın ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurduğu və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb etdiyi də bəyanatda öz əksini tapıb.


Bəyanatda həmçinin bildirilib: “Azərbaycan 2011-ci ildə baş verən dəhşətli terror aktında dərhal ABŞ-ı dəstəklədiyini bütün dünyaya bəyan etmişdi. Bunun bir səbəbi ölkəmizin humanizm prinsiplərini rəhbər tutaraq hər cür terrorçu fəaliyyətin əleyhinə çıxış etməsidirsə, digər bir səbəbi isə 1990-cı illərdə Ermənistan Respublikası tərəfindən himayə edilən terrorçu qrupların hücumuna məruz qalması, yəni terrorun necə böyük bir bəla olduğunu bilməsidir” .

aia.azшаблоны для dle 11.2



5208 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
14-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}