MSK-da ATƏT PA-nın nümayəndə heyəti ilə görüş olub
Tarix: 13-03-2018, 17:11 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

MSK-da ATƏT PA-nın nümayəndə heyəti ilə görüş olub




Martın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən aia.az-a verilən məlumata görə, sədr Məzahir Pənahov ATƏT Parlament Assambleyasının üzvü və koordinatoru, Portuqaliyadan olan millət vəkili xanım Nilza de Senanı və nümayəndə heyətini salamlayaraq prezident seçkiləri ərəfəsində keçirilən görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının daha da təkmilləşməsində mühüm əhəmiyyət kəsb edir.



Səmimi qəbula görə minnətdarlığını bildirən xanım Nilza de Sena Azərbaycan Respublikasının seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün görülmüş işlərdən ətraflı danışıb və həyata keçirilmiş genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb.

Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

aia.az



5179 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
21-09-2018
20-09-2018
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930