YAP prezident seçkilərinə ciddi hazırlaşır
Tarix: 23-11-2017, 15:02 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

YAP prezident seçkilərinə ciddi hazırlaşır




Gələn il Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) artıq seçki hazırlıqlarına başlayıb.

YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında bildirib ki, hazırda partiya daxilində seçkiyə təşkilati hazırlıq gedir:

“Yeni Azərbaycan Partiyası yenidən öz namizədi ilə 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacaq. Biz irəli sürəcəyimiz namizədin seçkidə qələbə qazanacağına indidən inanırıq. Bunu keçirilən çoxsaylı rəy sorğusu, Azərbaycan iqtidarının fəaliyyətinin cəmiyyət tərəfindən dəstəklənməsi, Yeni Azərbaycan Partiyasının sosial bazası göstərir. Seçkidə milyonlarla seçici bizə səs verir və biz bu etimadı doğrultmağa çalışırıq. Hazırda partiya daxilində seçkiyə təşkilati hazırlıq gedir. Yəni, biz seçki komissiyalarında, həm müşahidəçiləri, həm komissiya üzvlərini müəyyənləşdiririk. Seçicilərlə işləməyin yeni texnologiyalarını nəzərdən keçiririk. Özünü doğruldan üsulları təkmilləşdirmək üzərində çalışır, şüarlarımızı hazırlayırıq”.



YAP rəsmisi bildirib ki, prezident seçkiləri əvvəlki seçkilər kimi demokratik, şəffaf keçiriləcək: “Biz digər siyasi partiyaların da seçkidə öz namizədi ilə iştirak edəcəyini görürük. Müəyyən şəxslər namizədliyini irəli sürəcəyini bəyan edib. Bəzi partiyalar artıq namizədlərini müəyyələşdiriblər. Demokratik seçki mübarizəsi keçiriləcək. Fəaliyyətimizi Konstitusiya və Seçki Məcəlləsi əsasında qururuq. Rəqiblərimizdən də belə hərəkət edəcəklərini gözləyirik. Aydın məsələdir ki, onların hakimiyyətə qarşı iddialarına cavab verməyə bizim kifayət qədər arqumentlərimiz var. Bunlar əhalinin sosial vəziyyətinin yaxşılaşması, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artması, vətəndaşların həm təhlükəsizlik, həm də sosial qayğı cəhətdən təmin edilməsidir. Seçki təbliğatında hər bir Yeni Azərbaycan Partiyasının üzvü, tərəfdaşı iştirak edəcək”, - A.Mirzəzadə bildirib.



YAP funksioneri, həmçinin bəzi siyasi partiyaların növbəti ilin dövlət büdcəsində onlara ayrılan vəsaitin artırılması ilə bağlı təklifinə münasibət bildirib: “Milli Məclisdə növbəti ilin büdcə layihəsinin müzakirəsi zamanı siyasi partiyalara ayrılan vəsaitin artırılması ilə bağlı məsələ qaldırıldı. Yeni Azərbaycan Partiyası da istəyərdi ki, büdcədə bununla bağlı müəyyən artım olsun. Çünki, bizimlə yanaşı parlamentdə təmsil olunan, bizə rəqib olan siyasi partiyalara vəsait nisbətən artacaq. Biz də vəsaitin artmasını istəyirik, ancaq təkid etmirik. Çünki, büdcə balanslaşdırılmış mexanizmdir. Sosial məsələlərin həll edilməsinə, infratrukturun yenilənməsinə, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə, beynəlxalq aləmdə fəaliyyətə daha çox üstünlük verilir. Bununla yanaşı. Maliyyə Nazirliyi ehtiyat vəsait tapıb, siyasi partiyalara ayrılan vəsaiti artıra bilsəydi, hesab edirəm ki, bu, işin xeyrinə olar”.

A.Mirzəzadə qeyd edib ki, maddi vəsait seçki kampaniyasında şərtlərdən biri olsa da, əsas şərt deyil: “Əsas şərt siyasi təşkilatın cəmiyyətin maraqlarını ifadə edən proqram irəli sürməsindədir. Məsələ partiyanın irəli sürdüyü namizədin cəmiyyətdə olan nüfuzu, siyasi dəstəyidir. Bu, çox vacibdir. Digər məsələlər həlledici rol oynamır. Hesab edirəm ki, hansısa siyasi partiya seçkidə iştirakı ancaq pulla bağlayırsa, indidən artıq məğlubiyyətə düçardır”.



539 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
16-12-2017
15-12-2017
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031