YAP-çı deputat parlamentdə bankları sərt tənqid etdi
Tarix: 21-11-2017, 17:42 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

YAP-çı deputat parlamentdə bankları sərt tənqid etdi




“Kommersiya bankları insanlardan dollarla nisbətdə sığortalanmış vəsaiti 3 faizdən götürür, 12 faizdən yuxarı verir. Arada qalan fərqi özü üçün sərf edir. Sabah bir problem yarananda camaatı dövlətin üstünə göndərir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, qazanan kommersiya bankı olub, burada dövlət elə bir qazanc əldə etməyib: “İndi həmin şəxslər zəhmət çəkib problemli kreditlərin bağlanmasına köməklik göstərsin. 10 illərlə qazanıblar. İndi vətəndaşın həmin probleminə kömək etmək lazımdır. Bank 12 faizlə depozit götürür, həmin vəsaiti 28-30 faizlə vətəndaşa kredit verir. Burada 2-3 dəfə fərq yaranır. Bunlara ciddi nəzarət olmalıdır ki, heç olmasa yaratdığı problemləri aradan qaldırsınlar. Vətəndaşların hüququ qorunsun və onları dövlətdən narazı salmasınlar”.

aia.az



5111 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
10-05-2016, 13:14 Təzadlı tarixi gün

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
19-07-2018
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031