Mobil versiya
Siyavuş Novruzov: “Müsavatı onlara etibarnamə ilə veriblər?”
Tarix: 17-11-2017 | Saat: 15:18
Bölmə:Siyasət | çapa göndər

Siyavuş Novruzov: “Müsavatı onlara etibarnamə ilə veriblər?”




"Azərbaycanın müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin məsələsi həmişə diqqət mərkəzində olub”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

YAP funksioneri bildirib ki, bəzi siyasi partiyalar buna maneçilik törətmək üçün özlərini ortaya atırlar: "Bu, Azərbaycan xalqının tarixidir. Bu, Azərbaycana məxsusdur. Kimsə adını götürüb həmin dövrdə olan partiyanın adı ilə adlandırırsa, bu, o partiya deyil. Müsavat partiyası Azərbaycan Xalq Cümhuriyyətində olan Azərbaycan xalqının tarixinə olan partiyadır. Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir. O vaxtı bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr. Bu, Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirmələrinin tərəfdarı deyiləm”.(azvison.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024