Mobil versiya
İlham Əliyev İstanbulda D-8 Zirvə görüşündə - Yenilənib
Tarix: 20-10-2017 | Saat: 13:09
Bölmə:Siyasət / Karusel | çapa göndər

İlham Əliyev İstanbulda D-8 Zirvə görüşündə - Yenilənib



Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirilb. Zirvə görüşü müqəddəs "Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

***


Türkiyənin İstanbul şəhərində D-8 Zirvə görüşü başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə xüsusi qonaq qismində iştirak edir.

Tədbirdə çıxış edən Pakistanın baş naziri Şahid Xaqan Abbasi üzv ölkələr arasındakı iqtisadi-ticari əlaqələrin gücləndirilməsi üçün bundan sonra daha qəti addımlar atılmasının vacibliyini bildirib. Baş nazir üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün özəl sektorun önündəki manelərin aradan qaldırılmasının vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, təşkilat qurularkən dünyada mövcud olan ədalətsizliklər yenə də davam edir. Onun sözlərinə görə, Uzaq Şərqdən Orta Şərqə və Afrikaya qədər müsəlmanlar təzyiqlərə məruz qalır.

Türkiyə prezidenti D-8 təşkilatı yaradılarkən üzv ölkələr arasında adam başına düşən milli gəlirin ortalama 1820 dollar olduğunu xatırladıb: " Hazırda bu rəqəm 4500 dollara çatıb. Ancaq bunun daha da yüksəldilməsi üçün əməkdaşlığın gücləndirilməsi vacibdir. Hazırda D-8 ölkələri arasında 100 milyard dollar olan ticarət dövriyyəsini gələcəkdə 500 milyard dollara çatdırılması əsas hədəfdir. Hamımız D-8-ə sahib çıxmalı, təşkilatın daha məhsuldar işləməsi üçün daha çox zəhmət çəkməliyik”.


Qeyd edək ki, toplantıda Nigeriya prezidenti Məhəmməd Buxari, Qvineya prezidenti Alpha Conde, İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri, İndoneziya Dövlət Sədr Müavini Yusif Qalla, Pakistan Baş naziri Şahid Xaqani Abbası, Malayziya Baş nazirinin Müavini Zahid Həmidi, Banqladeşin xarici işlər üzrə dövlət naziri Məhəmməd Şəhriyar Aləm, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Səfir Halil İbrahim Akça, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusif ibn Əhməd Əl-Useymin, Qara Dəniz İqtisadi Əməkdaşlığı Baş Katibinin birinci müavini Tahsin Burcuoğlu da iştirak edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024