Mobil versiya
Bolqarıstan prezidenti Milli Məclisdə
Tarix: 13-10-2017 | Saat: 16:36
Bölmə:Siyasət | çapa göndər

Bolqarıstan prezidenti Milli Məclisdə


Bolqarıstan prezidenti Rumen Radev Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb.

Milli Məclisdən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrdən danışılıb, ölkələr arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

Z.Əsgərov bildirib ki, Azərbaycan Bolqarıstan ilə münasibətlərin inkişafına böyük önəm verir.
Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət açıb, bu problemin ölkənin inkişafına mane olduğunu vurğulayıb.

Prezident Rumen Radev müxtəlif sahələrdə əməkdaşlığın Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyib. Dövlət başçısı bildirib ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024