Mobil versiya
“Polad Bülbüloğlunun addımını başqa yerə yozmaq lazım deyil” - AÇIQLAMA
Tarix: 12-10-2017 | Saat: 11:45
Bölmə:Siyasət / Manşet | çapa göndər

“Polad Bülbüloğlunun addımını başqa yerə yozmaq lazım deyil” - AÇIQLAMA




Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb.Qurumun baş direktorluğuna keçirilən səsvermənin birinci turundan sonra Polad Bülbüloğlu bu addımı atıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə Polad Bülbüloğlunun namizədliyini geri götürməsində şişirdiləcək heç nə yoxdur.
"Namizədliyini geri çəkməklə bağlı səfir Polad Bülbüloğlu mətbuata açıqlama verib. Belə bir addım atmasını başqa tərəflərə yozmaq lazım deyil. Səfirin özü də açıqlamasında YUNESKO-nun baş direktoru olmaq istəməməsi ilə bağlı əlavə fikir səsləndirməyib. Ona görə də əlavə bir söz deyə bilmərik”

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçirilib. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024