Mobil versiya
Daha iki nazir vəzifədən alına bilər
Tarix: 25-10-2015 | Saat: 11:10
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Eldar Mahmudovun işdən çıxarılması və nazirlikdəki həbslər ölkədə radikal kadr islahatlarının yalnız başlanğıcıdır

Prezident İlham Əliyev seçkidən dərhal sonra daha 2 naziri istefaya göndərəcək.

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması və nazirlikdəki həbslər ölkədə radikal kadr islahatlarının yalnız başlanğıcıdır:

“E.Mahmudovdan sonra sırada vergilər naziri Fazil Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarovdur . Seçkidən dərhal sonra onların istefaya göndərilməsi və sözügedən strukturların yenidən qurulması gözlənilir”.

Mənbə deyir ki, F.Məmmədov iş adamlarından qanunsuz ödənişlər tələb etdiyinə görə, E.Məmmədyarov isə diplomatların “qiyamına” görə cəzalandırılır: “Ölkənin gəlirlərinin azaldığı bir vaxtda vergi xidmətinin sahibkarları talan etməsi yeni iş yerlərinin qapadılması, ölkənin sosial böhrana yuvarlanması deməkdir. Eyni zamanda diplomatların ardıcıl qiyamı hakimiyyəti pis vəziyyətdə qoyub və XİN sistemində köklü islahatlara ehtiyac yaranıb”.

Yada salaq ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb, nəqliyyyat naziri Ziya Məmmədovun əksər səlahiyyətləri əlindən alınaraq “portfelsiz nazirə” çevrilib.

Mənbə deyir ki, proses davam edəcək və Novruz Bayramına qədər xeyli məmur karyerasını bitirəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024