Mobil versiya
"Danışıqlarda hər şey Ermənistandan asılı olacaq" - Məmmədyarov
Tarix: 28-04-2017 | Saat: 11:12
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Danışıqlarda hər şey Ermənistandan asılı olacaq" - Məmmədyarov






"Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Moskvada görüş təşkil edilməsi təşəbbüsü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış edən Rusiyaya məxsusdur.

"Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq. Təbii ki, xarici işlər naziri yox, onun təmsil etdiyi ölkənin ali baş komandanını nəzərdə tuturam. Söhbət Qarabağ ətrafındakı işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına hazırlıqdan gedir", - deyə Azərbaycan XİN başçısı bildirib.

Nazir qarşıdakı danışıqlardan müsbət irəliləyiş, müəyyən razılaşmaların əldə olunmasını gözlədiyini vurğulayıb.

E.Məmmədyarov, həmçinin görüşün mətbuat üçün qapalı olmasının Rusiya XİN-in protokol xidmətinin tələbi olduğunu qeyd edib: "Görüşün bağlı qapılar arxasında keçirilməsi özü özlüyündə nəsə maraqlı bir şey gözlənildiyindən xəbər verir".

"Danışıqların yekunları barədə rəsmi bəyanatlardan məlumat öyrənəcəksiniz", - E.Məmmədyarov bildirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024