Mobil versiya
AŞPA sədri istefa verəcək? - BÖYÜK QALMAQAL
Tarix: 24-04-2017 | Saat: 15:32
Bölmə:Siyasət / Karusel | çapa göndər

AŞPA sədri istefa verəcək? - BÖYÜK QALMAQAL



Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Pedro Aqramunt qurumun yaz sessiyasının açılışında bəyan edib ki, Suriyaya səfəri yanlış addım idi.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, P.Aqramunt qeyd edib: "Nəticəsini nəzərə alaraq, bu səfərin yanlış olduğunu qəbul edirəm".

O əlavə edib ki, Assambleyada da bu səfər narazılıqla qarşılanıb: "Bəyan etməliyəm ki, bu səfər təşkilatımızı çətin suallar qarşısında qoydu. Bu səhər Büronun iclasında həmin səfərə aydınlıq gətirdim".

Xatırladaq ki, rusiyalı parlamentarilərdən ibarət nümayəndə heyəti AŞ PA sədri P.Aqramuntla birgə mart ayında Suriyaya səfər etmiş, prezident Bəşər Əsədlə və sakinlərlə görüşlər keçirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024