Mobil versiya
Başçı Qaradağda qara işlərdən nələr qazanır? - Detallar
Tarix: 08-10-2015 | Saat: 14:09
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Başçı Qaradağda qara işlərdən nələr qazanır? - Detallar
Qaradağın icra başçısı Süleyman Mikayılovla bağlı yeni хəbər yayılıb. TİA.AZ-ın məlumatına görə, adı son dövrlərdə müхtəlif qalmaqallarda hallanan icra başçısı saхta diplom işində ittiham olunur.

2010-cu ildən Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə – yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi qeyd olunub.

Amma başqa mənbələr bu diplomun saхta olduğunu iddia edib. Gundemxeber.az yazıb ki, Süleyman Mikayılov 2001-ci ildə Dərbənddə fəaliyyət göstərən ali məktəblərdən birinə pulla daхil olub və orda adı getsə də, özü məktəbin üzünü heç vaхt görməyib.

Həmçinin qeyd olunur ki, Qaradağın icra başçısı sonradan müəyyən yollarla Bakı Dövlət Universitetinin diplomunu əldə edib. İddia olunur ki, icra başçısı bu faktı ört-basdır etmək üçün əlindən gələni edir. Hətta onun bu detalı gizlətməkdən ötrü yaxın ətrafına tapşırıqlar verdiyi bildirilir.

Sənaye baxımından çox böyük potensiala malik olan Qaradağ rayonunda isə acınacaqlı durum yaranıb. Süleyman Mikayılovun xüsusi qanunları ilə idarə olunan rayonda ciddi sosial-siyasi problemlər hökm sürür.

Məlumatlara əsasən, icra başçısı Qaradağı xüsusi mülkiyyəti kimi idarə edir. Burada ən böyük sahibkar, iş adamı elə Süleyman Mikayılovun özüdür. Təsadüfi deyil ki, yerli iş adamları hər zaman rayonda yaranan gərgin atmosferdən şikayətçi olublar.

Süleyman Mikayılov tərəfindən daima təzyiqlərlə üzləşən sahibkarlar icra başçısının “fonduna” vəsait ödəməkdən müflis olublar.

Qaradağda hər hansı kiçik abadlıq işləri aparılan kimi iş adamlarının “qara günləri” başlayır. Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 100-dən artıq daş karxanasının sahibi problemlə üzləşir.

2012-ci ildən daş karxanaları icra başçısına haqq ödəyir. İcra başçısına ödəniləcək məbləğ artıq 10 000 manatdan 30 000 manata qaldırılıb.

Bundan imtina edən sahibkarlara isə süni əngəllər yaradılmağa başlayıb. Sahibkarların böyük hissəsi bu haqqı ödəməyə razı olub.
Rayonda inşa olunan qanunsuz tikililər isə icra başçısının əlavə gəlir mənbəyidir. Qaradağda 50 mindən çox qanunsuz tikili var. Bunlardan yığılan vəsait milyonlarla ölçülür. Ev tikmək istəyənlərdən 5-10 min manat arasında rüşvət toplanır.
Ümumilikdə qanunsuz tikililərdən toplanan vəsaitin 200 milyon manatdan çox olduğu bildirilir. Toplanan pullar isə bilavasitə başçının “büdcəsinə” daxil olur. Büdcədən ayrılan vəsait isə naməlum təşkilatlara köçürülərək mənimsənilir. Rayon büdcəsi milyonlarla ölçülsə də, onun hara xərclənməsi sakinlərə bəlli deyil. S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosial cəhətdən iflic vəziyyətə düşüb.

Süleyman Mikayılov iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.

Süleyman Mikayılov rayon ərazisində inşa olunan fərdi evlərin hər birinin ilk mərtəbəsindən müvafiq olaraq 3000 manat, ikinci mərtəbəsinə görə isə 5000 manat pul alır. Hələ rayon ərazisində satılan torpaq sahələrini, korrupsiya halları da var. Məlumatda qeyd olunur ki, Qaradağın icra başçısı Süleyman Mikayılovun "Qaradağ” şadlıq sarayını çox ucuz qiymətə satışa çıxarıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024