Mobil versiya
Fransada seçki marafonu: Fiyonun populyarlığı artır
Tarix: 01-04-2017 | Saat: 13:47
Bölmə:Siyasət | çapa göndər

Fransada seçki marafonu: Fiyonun populyarlığı artır


Fransa prezidentliyinə "Respublikaçılar” partiyasının namizədi Fransua Fiyon reytinqin liderləri Emmanuel Makron və Marin Le Pen arasındakı fərqi azaldır. Bu, "BVA-Salesforce” xidmətinin apardığı ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.

Həftə ərzində Fransua Fiyon mövqeyini iki bənd gücləndirib və seçicilərin 19 faizinin dəstəyini qazanıb. Bununla yanaşı, Fiyonun tərəfdarları arasında ilk turda məhz onun namizədliyinə səs verəcəyini bildirən fransızların sayı da 10 faiz artaraq 79 faizə çatıb. Fiyon son iki həftə ərzində öz mövqeyini ilk dəfədir ki, gücləndirə bilib. Əvvəllər buna saxta iş yerlərinin yaradılması barədə qalmaqal mane olurdu.

Reytinqə əvvəlki kimi "Marşda” hərəkatına başçılıq edən Emmanuel Makron və "Milli Cəbhə” partiyasının namizədi Marin Le Pen liderlik edirlər. Bununla yanaşı, Le Pen 81 faizinin ona səs verəcəyinə əmin olduğu ən güclü seçici qrupuna malikdir. Makronun bu göstərici isə 8 faiz artaraq 63 faizə çatıb.

"Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşona elektoratın dəstəyi 1 faiz artaraq 15 faiz olub. Fransa Sosialist Partiyasının rəsmi namizədi Benua Amonun reytinqi isə dəyişməyərək 11,5 faizdə qalıb. Tərəfdarlarının 1 faizini itirən "Qalx ayağa, Fransa” hərəkatının lideri Nikola Dyupon-Enyan ilk turda elektoratın yalnız 3 faizinin dəstəyinə ümid edə bilər.

Sorğu martın 29-30-da internet vasitəsi ilə 1418 nəfər arasında aparılıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək. (Azərtac)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024