Mobil versiya
BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçir
Tarix: 01-04-2017 | Saat: 12:43
Bölmə:Siyasət / Manşet | çapa göndər

BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçir



Aprelin 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçir.

AİA.Az report-a istinadən xəbər verir ki, quruma bir ay ərzində Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Nikki Heyli rəhbərlik edəcək.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT-yə maliyyəni azaldacağı haqqında xəbər yayılıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Digər 10 üzv isə qeyri-daimi üzvlərdir və onlar Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi dəyişir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024