Mobil versiya
Səfir arvadına görə işdən qovulur
Tarix: 01-04-2017 | Saat: 11:47
Bölmə:Siyasət / Karusel | çapa göndər

Səfir arvadına görə işdən qovulur



Çexiyanın İsveçrə və Lixtenşteyndəki səfiri Karel Boruvka Çexiya XİN-indən aprel ayının sonuna qədər vəzifəsindən getməsi barədə xəbərdarlıq edilib.Səfir həyat yoldaşının "Twitter” mikroqbloqunda yazdığı tənqidi fikirlərə görə işdən qovulur.
Çexiya XİN rəhbəri Lubomir Zaoralek səfiri həyat yoldaşına mane olmamaqda ittiham edib: "Heç bir səbəb olmadan mənə vəzifəmdən getmək barədə xəbərdarlıq edilib. Nazir şəxsi yazışmada bildirib ki, mən öz həyat yoldaşımın sosial şəbəkələrdəki yazışmalarına mane ola bilməmişəm. Bu isə mənim dərhal işdən azad olmağıma səbəb oldu”, - deyə daha əvvəl XİN rəhbərinin müavini vəzifəsini tutan Boruvka jurnalistlərə açıqlamasında bildirib.

Boruvka XİN rəhbərliyinin bu qərarı ilə razı deyil: "Mən bunun baş verdiyinə inanmıram. İndiyə qədər Çexiya diplomatiyasında belə bir şey görülməyib. Söhbət XİN əməkdaşı olmayan mənim həyat yoldaşımın şəxsi hüquqlarından gedir, bu, onun şəxsi işidir”.

Çexiya XİN-in mətbuat katibi Mixael Larqonova Karel Boruvkanın aprelin sonuna qədər İsveçrə və Lixtenşteyndəki postunu tərk etməli olduğunu və XİN-dəki işinə geri qayıtmalı olduğunu təsdiqləyib: "Onun yeri qanunvericiliyə uyğun olaraq dəyişdirilir. Bunu istənilən vaxt və heç bir əsas olmadan etmək də olar".

XİN-ə qayıdan zaman Boruvkaya onun kvalifikasiyası və təcrübəsinə uyğun iş təqdim olunacaq.

Bu məsələdə son söz Çexiya prezidenti Milo Zemandadır. Qanunvericiliyə əsasən məhz prezidentin səfirlərin digər ölkələrə təyin etmək və çıxarmaq hüquq var.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024