Mobil versiya
İsraildən Rusiyaya son xəbərdarlıq
Tarix: 02-10-2015 | Saat: 13:39
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

İsraildən Rusiyaya son xəbərdarlıq
Rusiyanın Hizbullaha silah verdiyi ortaya çıxsa, İsrail Moskvaya cavab verəcək

Bu sözləri öz Feysbuk səhifəsində İsrailin Xarici İşlər naziri Aviqdor Liberman paylaşıb. Onun sözlərinə görə, Rusiyanın, Fransanın, Qərbin Suriyada kimi bombalaması İsraili narahat etmir:

“Bizi Əsədin taleyi maraqlandırmır. Biz Nüsrə, ya da İŞİD-in daha yaxşı olmasıyla bağlı müqayisələr aparmırıq. Burada olan bütün terror qruplaşmaları yəhudi dövlətinin düşmənləridir. Bizim əsas marağımız Rusiyanın Suriyaya verdiyi silahların Hizbullaha ötürülməməsidir. Mən ümid edirəm ki, Baş nazir Netanyahu Putinlə görüşdə İsrailin qırmızı xəttini açıqlayıb.

Biz Hizbullahın effektiv silahlar almaqla İsrailin şimal sərhədində güc balansını pozmasına imkan verməyəcəyik. İsrailin kifayət qədər yaxşı kəşfiyyat xidməti var və biz Suriyaya daxil olan rus silahlarının taleyinin necə olmasını izləyə bilirik”. (axar.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024