Mobil versiya
“Bütün Qərb mətbuatı Mehriban Əliyevanın sanballı töhfələrini alqışlayır”
Tarix: 07-03-2017 | Saat: 15:41
Bölmə:Siyasət | çapa göndər

“Bütün Qərb mətbuatı Mehriban Əliyevanın sanballı töhfələrini alqışlayır”

“Mehriban xanım, Sizi Azərbaycanın birinci vitse-prezidenti təyin edilməyiniz münasibəti ilə təbrik edirəm. Bu məsuliyyətli dövlət işində Sizə uğurlar arzu edirəm”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib. O bildirib ki, Mehriban Əliyevanın ali dövlət vəzifəsinə təyin olunması ölkə vətəndaşları, dünyada yaşayayn soydaşlarımız tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.

Azay Quliyevin sözlərinə görə, ölkənin birinci xanımının yüksək vəzifəyə təyin olunması dünya ictimaiyyəti tərəfindən təqdir edilib.

“Bu da təsadüfi deyil. Ona görə ki, Siz geniş ictimai-siyasi və beynəlxalq fəaliyyətinizlə həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda çox böyük rəğbət qazanmısınız. Sizin ulu öndərin ölməz ideyalarını həyata keçirən, milli dövlətçilik məfkurəsini gələcək nəsillərə çatdıran fəaliyyətiniz haqqında saatlarla danışmaq olar. Təkcə Heydər Əliyev Fondunun qurucusu və prezidenti olaraq gördüyünüz işlərə görə hər kəs sizə hörmət edir”.

Azay Quliyev bildirib ki, Mehriban Əliyeva Azərbaycanda kimsəsizlər və köməyi ehtiyacı olanların ümid yeri, dayağıdır.


“Azərbaycanda humanizm, xeyriyyəçilik ənənələrinin canlanması Sizin adınızla bağlıdır. Siz Milli Məclisin deputatı kimi məhbəsdə olan vətəndaşlarımızın amnistiya aktı ilə azadlığa çıxmasına, onların bağışlanmasına nail olmusunuz. Qədim muğam sənəti Sizin sayənizdə özünün intibah dövrünü yaşayır, YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi, şifahi irsinin şah əsəri kimi qorunur.
Hörmətli Mehriban xanım, Siz dünya mədəniyyətinə və sivilizasiyalararası dialoqa çox böyük töhfə vermisiniz. Ümumdünya mədəni irsin bir hissəsi olan Vatikandakı müqəddəs yerləri bərpa etməyiniz çox böyük addımdır. Bu, bir müsəlman ölkəsinin xristianlıq ənənələrinin qorunub saxlanmasına göstərdiyi xoşgörüdür. Bütün Qərb mətbuatı Sizin sanballı töhfələrinizi alqışlayır, təqdir edir. Siz Azərbaycanın ərazi bütövlüyünün, suverennliyinin bərpası, uğrunda prinsipial mübarizə aparırsınız. Qeyri-hökumət təşkilatlarına və vətəndaş cəmiyyətlərinə verdiyiniz dəstək və qiymətə görə , bu istiqamətdə yorulmaz fəaliyyətinizə görə, Sizə ictimaiyyət adından təşəkkür edirəm. Əminəm ki, Azərbaycanın daha da inkişaf etmiş ölkəyə çevrilməsində birinci vitse-prezident kimi böyük nailiyyətlərə imza atacaqsınız”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024